VTB (Azərbaycan) ödəniş kartları üzrə aksiyaya start verdi

15:33 - 21.01.2019


21 yanvar, Fineko/abc.az. VTB (Azərbaycan) bankın kart sahibləri arasında aksiya elan edir. Belə ki, 10 aprel 2019-cu il tarixinədək bankın kartları vasitəsilə 20 manat məbləğindən başlayaraq ən azı 5 nağdsız ödəniş edən müştəri pul mükafatı qazana bilər. 

Aksiya müddətində ən çox ödəniş edən üç müştəri qalib elan ediləcək. Aksiyanın nəticələri 10 aprel 2019-cu il tarixindən sonra müəyyənləşəcək və qaliblər SMS-xəbərdarlıq vasitəsilə məlumatlandırılacaq.

Müştərilər nağdsız əməliyyatları ölkə daxilindəki ticarət nöqtələrində və elektron kommersiya vasitəsi ilə həyata keçirə bilər. Nağd vəsaitin çıxarılması, istənilən növ kart köçürmələri, kreditlərin ödənişi üzrə əməliyyatlar və qaytarma əməliyyatları hesablanmada nəzərə alınmayacaq.

 

Bütün xəbərlər