Azərbaycan Polşaya ixrac missiyasını təşkil edir

16:31 - 21.01.2019


21 yanvar, Fineko/abc.az. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) daha bir ixrac missiyası təşkil edir.

AZPROMO-dan bildirildiyi kimi, missiya mart ayında Varşavaya təşkil olunacaq.

“Missiyada iştirak üçün sənəd qəbulu elan olunub. İxrac missiyasının səfəri 6-10 mart tarixlərində keçiriləcək. Ərzaq məhsulları, alkoqollu içkilər, tekstil və kosmetik məhsulların istehsalçıları iştirak üçün sənədləri təqdim edə bilərlər”, - bu məlumat AZPROMO-dan  təqdim olundu.

Missiyanın iştirakçılarının seçilməsi üçün müsabiqə fevralın 7-də keçiriləcək.

 

Bütün xəbərlər