"myAccess"də daha bir yenilik

16:43 - 21.01.2019


21 yanvar, Fineko/abc.az. "AccessBank"ın "myAccess" onlayn bankçılıq xidməti daha bir yeniliyə imza ataraq həyatınızı asanlaşdırmağa davam edir.

Artıq "myAccess" vasitəsilə digər banklara məxsus kartlarla (o cümlədən, maaş kartları ilə) həm krediti ödəmək, həm də əmanət, kart və cari hesabları artırmaq mümkündür.

Uzun müddət gözlənilən yeniliyin detalları barədə videotəlimatdan ətraflı məlumat almaq olar.

Yeni funksiya artıq veb versiyanın istifadəçiləri üçün əlçatandır. Mobil versiya istifadəçiləri də yaxın gələcəkdə yenilikdən yararlana biləcəklər.

"myAccess" sizə öz vəsaitlərinizi idarə etmək və xərclərinizə nəzarət etmək üçün ən sürətli və rahat alətiniz olacaq. Bank filiallarından fərqli olaraq, "myAccess" 7/24 rejimində xidmətinizdədir. İstədiyiniz zaman kart, əmanət və digər bank hesablarınızı, kreditlərinizi idarə edə, pul köçürmələri, kommunal və digər ödəniş və əməliyyatları həyata keçirə bilərsiniz.
Odur ki, elə indi ən yaxın filialımıza gəlin və "myAccess" xidmətinə pulsuz qoşulun ki, həyatınız asanlaşsın!

 

Bütün xəbərlər