Əmanətlərin Sığortalanması Fondu ləğv edilmiş “Royalbank”ın kreditorlarının tələbləri ilə növbəti ödənişi həyata keçirir

11:06 - 22.01.2019


22 yanvar, Fineko/abc.az. Azərbaycanın Əmanətlərin Sığortalanması Fondu (AƏSF) ləğv prosesində olan “Royalbank” ASC-nin təminatsız kreditorlarının tələbi ilə növbəti ödənişlərin həyata keçiriləcəyini elan edib.

AƏSF məlumatında deyilir ki, ödənişlər nağdsız hesablaşma yolu ilə 28 yanvar 2019-cu il tarixindən etibarən başlanacaq.

“Kreditorlar,  Fondun Bakı şəhəri, Babər prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə və bank rekvizitlərini qeyd etməklə müraciət edə bilərlər”, - məlumatda belə deyilir.

Əlavə məlumat üçün (012) 596 65 91/92/93 telefon nömrəsi və ya 941 qaynar xəttinə zəng etmək mümkündür.

 

Bütün xəbərlər