Azərbaycanın ÜDM-i 2018-ci ildə 1,4% faiz artaraq 79,8 milyard manat təşkil edib

11:21 - 22.01.2019


22 yanvar, Fineko/abc.az. Azərbaycanın ÜDM-i 2018-ci ildə 1,4% artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkənin ÜDM-i il ərzində illik 1,4% artımla 79,797 milyard manat təşkil edib.

“2018-ci ildə qeyri-neft ÜDM-nin artımı 1,8%, neft ÜDM-nin artımı isə 0,6% təşkil edib. 2018-ci ilin sonunda adambaşına düşən ÜDM 8126,2 manat təşkil edib”, - Dövlət Statistika Komitəsindən məlumat verilib.

Komitədən bildirilmişdir ki, 2018-ci ildə ölkə ÜDM-nin 44,2%-i istehsal sektoru, 9,6%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 8%-i tikinti, 6,3%-i nəqliyyat və anbar təsərrüfatı, 5,3% kənd, meşə və balıqçılıq təsərrüfatı, 2,2% - turistlərin yerləşdirilməsi və iaşə xidmətləri, 1,6% - rabitə və informasiya sahəsi, 15% -i digər sahələr hesabına formalaşmışdır. 2018-ci ildə mal və ixrac üzrə vergilər Azərbaycan ÜDM-nin 7,8%-ni təşkil edib.

 

Bütün xəbərlər