Azərbaycan ən yaxşı rahatlaşdırıcı istirahət üçün ölkələr siyahısına daxil olmadı

11:40 - 22.01.2019


22 yanvar, Fineko/abc.az. İndoneziya rahatlaşdırıcı istirahət üçün ən yaxşı ölkə seçilib.

“Daily Mail” xəbər verir ki, iri turizm portalı tərəfindən aparılan araşdırma zamanı insanların daha rahat hiss etdikləri ölkələrin siyahısı tərtib edilmişdir.

“Bunun üçün havanın temperaturu, ildə isti günlərin sayı, səs-küy səviyyəsi, istirahət günlərinin sayı və vətəndaşların şəxsi təhlükəsizliyi səviyyəsi kimi istirahət üçün vacib amillər təhlil edilmişdir. Birinci yeri İndoneziya tutmuşdur. Avstraliya ikinci, İslandiya isə üçüncü oldu. Siyahının dördüncü yerində Yeni Zelandiya, beşinci yerində isə Şri Lanka qərarlaşdı. Onluğa həmçinin Kipr, Filippin, Yunanıstan, Hindistan və Mauritius daxil oldu”,  - portal bu xəbəri verib.

 

Bütün xəbərlər