“Landor” Brendinq Agentliyi yeni Azərbaycan turizm brendinin inkişafı üzərində işləyir - Eksklüziv

14:40 - 22.01.2019


22 yanvar, Fineko/abc.az. “Landor” beynəlxalq brendinq agentliyi cəmi dörd ay ərzində Azərbaycanın yeni turizm brendini işləyib hazırlamışdır.

“Landor” brendinq agentliyinin Moskva ofisinin baş strateqi İqor Blaqodarski Fineko/abc.az-a bildirib ki, 5 noyabr 2018-ci il tarixində Londonda World Travel Market-də təqdim edilməli olan layihə ilə əlaqədar iş, həmin ilin iyul ayında başlanmışdır.

“Olduqca qısa müddəti nəzərə alaraq, bütün iş prosesləri elə bir şəkildə strukturlaşdırılmışdı ki, vaxtı keyfiyyətə təsir etməsin. Bunun üçün müxtəlif ölkələrdən olan “Landor” ekspertlər komandası Azərbaycanın ərazisində intensiv işləmişdir ki, bu da ölkəni, onun tarixi və mədəniyyəti, habelə fərqləndirici xüsusiyyətləri, insanların həyat tərzi və gələcəyə baxışı barədə daha çox məlumat əldə etməyə imkan vermişdir. Bütün bunlar, turizm brendinin vizual aydentikasının yaradılması üçün başlanğıc nöqtəsi olmuşdur”, - deyə İqor Blaqodarski bildirib.

Onun sözlərinə görə, brend, böyük “A” hərfinə uyğunlaşdırılmış simvol  təşkil edən iki fiqurdan ibarətdir.

“Yeni vizual simvol daha çox görməyə, Azərbaycan və onun mədəniyyətini fərqli bir bucaqdan seyr etməyə imkan verən bir obyektivdir. İndi layihə üzərində işlər davam edir, buna görə də tezliklə brendin inkişafını müşahidə etmək mümkün olacaq”, - deyə İqor Blaqodarski bildirib.

Azərbaycan Dövlət Turizm Agentliyi yeni turizm brendini (loqo) və şüarı 2018-ci il 18 oktyabr tarixində təqdim etdi. “Take another look” (“Başqa cür bax”)  brendinin  şüarı Azərbaycanın unikal tarixi və sirlərini aşkar etməyə çağırır.

 

 

 

 

 

Bütün xəbərlər