AtaBank-ın əmək haqqı kart sahiblərinə şad xəbər

10:05 - 23.01.2019


23 yanvar, Fineko/abc.az. “AtaBank” ASC müştərilərinə növbəti “Overdraft” kredit məhsulunu təqdim edir. Artıq əmək haqqına qədər pulunuz qurtardığı zaman heç kimdən borc axtarmağa ehtiyac yoxdur, “AtaBank”  əmək haqqı layihəsinə qoşulmuş bütün müştərilərinə əmək haqqı kartına bağlı kredit xətti təklif edir. “Overdraft” kredit məhsulunu əldə etmək üçün sadəcə şəxsiyyət vəsiqəsi və əmək haqqı kartı olması kifayətdir.

Xatırladaq ki, “AtaBank”-ın digər çox sərfəli Ekspress, Klassik, Lombard və Avtomobil kredit məhsulları da mövcuddur. Ən əsası isə “AtaBank”-dan kredit kartı əldə edən müştərilər, dünyanın istənilən yerində bu kartlardan istifadə etmək imkanı əldə edirlər.

WhatsApp istifadəçiləri AtaBank-ın WhatsApp əlavəsinə bağlı olan 050 9999136 telefon nömrəsinə yazaraq yeni məhsul haqda istənilən məlumatı operativ əldə edə bilərlər.

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

 


Bütün xəbərlər