İlham Əliyev: Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin iştirakçısı olan yeganə ölkədir

12:01 - 23.01.2019


23 yanvar, Fineko/abc.az.  İlham Əliyev və Mehriban Əliyeva Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda keçirilən sessiyada iştirak ediblər.

Sessiya zamanı prezident İlham Əliyev bildirib ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin təşəbbüsünün fəal üzvüdür.

“Biz, Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyirik. Azərbaycan özündən şimalda və cənubda yerləşən ölkələrə bu layihəyə qoşulmaq üçün imkanlar yaradır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir. Bunun üçün dəmir yolu sistemlərimizin müasirləşdirilməsi, Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanının tikintisi, Avropa və Asiya arasında çatışmayan bağlantının yaradılması ilə bizi Türkiyə və Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası yollarımızdan istifadə etmək istəyənlərə yaxşı şərait yaradır. Biz yaxşı tarif siyasətini yaratmaq üçün vəsait sərf edirik. Yükdaşımaların həcmi də artır. Yalnız Şimal-Cənub dəhlizi vasitəsilə 2018-ci ildə ondan əvvəlki illə müqayisədə on dəfə çox yük daşınıb”, - İ.Əliyev bunu deyib.

 

Bütün xəbərlər