İlham Əliyev beynəlxalq maliyyə institutlarını inkişaf etməkdə olan ölkələrə dəstək verməyə çağırdı

12:44 - 23.01.2019


23 yanvar, Fineko/abc.az. Prezident İlham Əliyev beynəlxalq maliyyə institutlarını inkişaf etməkdə olan ölkələrə dəstək verməyə çağırdı.

İlham Əliyev bildirdi ki, 2004-2005-ci illərdə ölkə iri infrastruktur layihələrin həyata keçirilməsi üçün vəsait cəlb edə bilməmişdi.

“Bizim müraciətlərimizə rədd cavabı verilmişdi. Çünki investisiyalar heç ortamüddətli perspektivdə belə geri qayıtmayacaqdı. Əlbəttə ki, maliyyə ehtiyatları olmayan ölkələr üçün çox çətin olur. Maliyyə ehtiyatları olmayanların daha çox təxirəsalınmaz problemləri var. Məsələn, işsizlik, gəlir əldə etmək üçün iqtisadiyyatın real sektoruna investisiya yatırmaq və bu ölkələr üçün infrastruktur layihələri prioritet deyil. Buna görə düşünürəm ki, maliyyə institutları bu məsələyə daha çox diqqət ayırmalıdırlar. Xüsusilə aparıcı beynəlxalq maliyyə institutlarını nəzərdə tuturam. Onlar on il ərzində iş yerlərinin açılmasına imkanlar yaradacaq ölkələrə infrastruktur sahəsinə investisiya yatırmağa kömək etməlidirlər”, - deyə İ.Əliyev vurğulayıb.

 

Bütün xəbərlər