İlham Əliyev “Equinor” ilə növbəti əməkdaşlıq məsələlərini müzakirə etdi

23.01.2019,16:49


23 yanvar, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Davosda “Equinor” (keçmiş “Statoil”) şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.

Görüş zamanı “Azəri-Çıraq-Günəşli” yataqlar bloku ilə bağlı SOCAR-la “Equinor” şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olundu.

Dövlət başçısı “Equinor”un Azərbaycanda fəaliyyətindən məmnun olduğunu bildirdi. Söhbət gedişatında “Qarabağ”, “Əşrəfi”, “Dan ulduzu” perspektiv layihələri və “Dədə Qorqud” qurğusunun təmiri ilə bağlı fikir mübadiləsi aparıldı.

 

Açar sözlər: Equinor