“Suez Group” Azərbaycanda su infrastrukturunun yaxşılaşdırılmasında iştirakını genişləndirmək istəyir

17:09 - 23.01.2019


23 yanvar, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Davosda “Suez Group” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Gebali ilə görüşüb. 

Görüş zamanı Erik Gebali şirkətin Azərbaycanda su infrastrukturunun inkişafı, ölkədə uğurlu əməkdaşlıq və onun genişləndirilməsində maraqlı olduğunu bildirmişdir.

Prezident İlham Əliyev bu əməkdaşlıq çərçivəsində həyata keçirilən işləri və su infrastrukturunun yaxşılaşdırılmasına “Suez Group” şirkətinin verdiyi töhfəni qeyd etdi.

 

Bütün xəbərlər