Neft ucuzlaşmaqda davam edir

10:02 - 24.01.2019


24 yanvar, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,42 dollar (0,67%) enib.

Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,74 dollar təşkil edir.

23 yanvar tarixində  Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətdə, “WTI” markalı neftin mart ayının fyuçers qiyməti  0,39 dollar (0,74%) ucuzlaşaraq bir barelə 52,62 dollar təşkil etmişdir.  

 “ICE” birjasında çərşənbə günü keçirilən ticarətin nəticəsində  “Brent” markalı neftin mart ayının fyuçers qiyməti  0,36 dollar (0,59%) düşərək bir barelə 61,14 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi  bu gün 8,52 dollara bərabərdir.

 

Bütün xəbərlər