“Xalq Bank” 2018-ci ilin yekunlarını açıqladı

12:34 - 24.01.2019


24 yanvar, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən “Xalq Bank” ASC 2018-ci ildə fəaliyyətinin nəticələrini açıqladı.

Bankın məlumatında deyilir ki, “Xalq Bank”ın aktivlərinin həcmini ötən ilin sonu ilə müqayisədə 194.5 mln manat və yaxud 10,73% artıraraq 2.008 mlrd manata çatdırıb və bu göstəriciyə görə ölkənin 4 aparıcı bankı arasında qərarlaşıb. 

“2017-ci ilin yekunları ilə müqayisədə bankın kapitalı 22,6 milyon (8,71%) artmış və 282,48 milyon manat təşkil etmişdir. Ötən il “Xalq Bank” öz kredit portfelinin həcmi baxımından Azərbaycanın ən iri üç fərdi banklar sırasında  qərarlaşmışdır.  Bank kredit portfelini 5,36% artaraq 1,383 milyard manata çatdırmış, 2018-ci ildə artım 70,38 milyon manat təşkil edib”, - bankın məlumatında belə deyilir.

Məlumatda deyilir ki, depozit portfeli 2018-ci il ərzində 7,56% artaraq 1.259 mlrd manata çatıb. Bank 2018-ci ili 27.744 mln manat xalis mənfəətlə başa vurub. Bu da ötən ilin əvvəlinə olan xalis mənfəətin həcmi ilə müqayisədə 57,6% artım deməkdir.

Aktiv plastik kartların sayının artımı il ərzində 21,9% təşkil edib. Ümumilikdə, il ərzində Xalq Bankının xidmət və məhsullarını istifadə edən müştərilərin sayı 14,84% artıb.

 

Bütün xəbərlər