“Lukoyl” və MDB ölkələri neft məhsulları hesablaşmalarında milli valyutaya keçid məsələsini müzakirə edirlər

15:49 - 24.01.2019


24 yanvar, Fineko/abc.az. “Lukoil” MDB ölkələri ilə neft məhsullarının tədarükünə görə hesablaşmalarda  milli valyutaya keçid barədə danışıqlar aparır.

Bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda “TASS” ilə müsahibədə “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.

“Söyləmək çətindir. Məhsulumuz  beynəlxalq qiymətə malikdir. Bu gün neft ticarətində iri şirkətlər tərəfindən sığortalanan bir çox kağız törəmələri var. Bir qayda olaraq, bütün bunlar dollarlarla aparılır. Bu çətin keçiddir, amma indi birinci mərhələni MDB ölkələri ilə başlaya bilərik”, - deyə V.Ələkbərov “Lukoyl”un neft hesablaşmalarında dedollarlaşma fikrinə münasibətini şərh etdi.

O, əlavə etdi ki, şirkət artıq MDB ölkələri ilə neft məhsulları üçün belə bir imkanı müzakirə edir: “Yalnız neft məhsulları üzrə ayrı-ayrı [danışıqlar]”.

 

Bütün xəbərlər