Vahid Ələkbərov: İlin birinci yarısında neft qiymətləri 55-65 dollar səviyyəsində dəyişəcək

16:09 - 24.01.2019


24 yanvar, Fineko/abc.az. Rusiyanın ən böyük neft şirkəti olan “Lukoyl” PSC-nin prezidenti Vahid Ələkbərov 2019-cu ildə neft qiymətlərinə dair proqnozlarını açıqlayıb.

Vahid Ələkbərovun sözlərinə görə, 2019-cu ildə dəyişkənlik bu yarım il üçün təxminən 55 dollardan 65 dollara qədər təşkil edəcək.

“Bundan sonra hər şey İran üzrə hansı qərarın veriləcəyindən asılı olacaq, yəni 7 ölkə üçün lisenziyalaşdırma tədbirləri aprel ayından sonra uzadılacaq və ya məhdudlaşdırılacaq”, - deyə V.Ələkbərov  bildirib.

 

Bütün xəbərlər