“Airbus” İngiltərədən istehsalatını geri ala bilər

16:27 - 24.01.2019


24 yanvar, Fineko/abc.az. “Airbus” Avropa Korporasiyası, Böyük Britaniyanın  Avropa İttifaqını (Aİ) tərk etdiyi halda, orada istehsalatdan imtina edə bilər.

Şirkətin Baş direktoru Tomas Endersin bildirdiyi kimi, Brexit razılaşma olmadan baş verərsə, o zaman “Airbus”  Böyük Britaniya üçün çox ağır qərar qəbul etməli olacaq.

“Təyyarə sənayesi uzunmüddətli bir biznesdir  və sərt bir Brexit vəziyyətində gələcək investisiyaları digər istiqamətə yönəldmək məcburiyyətində qala bilərik. “Airbus” üçün qanadlar istehsal  etməkdən xoşbəxt olacaq bir çox ölkənin olduğuna əmin olun”, - deyə Enders bildirib.

 

Bütün xəbərlər