Azərbaycan və Belarus konteyner əlaqəsini təşkil etmək imkanlarını qiymətləndirirlər

17:29 - 24.01.2019


24 yanvar, Fineko/abc.az. Belarus Dəmir Yolları “Azərbaycanla konteyner əlaqəsinin təşkili zamanı Belarus Respublikasının ixrac potensialı” mövzusunda dəyirmi masa təşkil edib.

Dəyirmi masa zamanı Belarus Dəmir Yollarının direktorunun birinci müavini İqor Şilov bildirib ki, bu daşımaların inkişafının aktuallığı, onların ümumilikdə 2018-ci ildə 26%-dən çox artması ilə təsdiqlənir.

“Bu layihə ən qısa müddətdə (7 gün) və rəqabət tariflərlə Belarusda istehsal olunan yükləri çatdırmağa imkan yaradacaq”, - deyə İ.Şilov bildirib.

“RDY” ASC-nin firma nəqliyyat xidmətləri mərkəzinin müdir müavini Aleksandr Xatyanov bildirib ki, Belarus Dəmir Yolları ilə birgə, Rusiya ərazisi vasitəsilə tranziti ən azı 4,5 gün nəzərdə tutan konteyner qatarının cədvəli hazırlanıb.

Öz növbəsində, Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov iştirakçıları layihənin inkişafına, o cümlədən alternativ nəqliyyat vasitələrinə uyğun rəqabət qabiliyyətinə malik olmağa kömək göstərməyə hazır olduqlarını bildirmişdir.

 

Bütün xəbərlər