Avropa İttifaqı ABŞ-a cavab olaraq, avtomobillərə rüsumlar tətbiq edəcək

11:06 - 25.01.2019


25 yanvar, Fineko/abc.az. Avropa İttifaqı 20 milyard avro məbləğində Amerika mallarına idxal rüsumları tətbiq etməyə hazırdır.

Avropa Komissiyasının Ticarət məsələləri üzrə baş direktoru Jan-Lük Demarti bildirib ki, əgər ABŞ prezidenti Donald Tramp təhdidlərini yerinə yetirərsə, o zaman  Avropa avtomobillərinə əlavə rüsumlar qoya bilər.

“ABŞ-ın bizə tətbiq edə biləcəyi yeni ticarət məhdudiyyətlərinə simmetrik və təsirli cavab verməyə hazır olmalıyıq. Biz,  ABŞ-dan idxal olunan, barəsində tədbirlər görülə biləcək 20 milyard avro dəyərində malların siyahısını hazırlamışıq”, - deyə Jan-Lük Demarti bildirib.

 

Bütün xəbərlər