Parlamentin spikeri: Azərbaycanda 2018-ci ildə iqtisadiyyata investisiya qoyuluşları artırılacaq

12:59 - 21.11.2017


21 noyabr, Fineko/abc.az. Azərbaycan Parlamentində 2018-ci ilin Dövlət büdcəsinin müzakirələri başlandı.

Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədov müzakirələr əsnasında bildirdi ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri,  2017-ci ilin büdcəsi ilə müqayisədə, 3,3 milyard manat, xərclər isə 3 milyard manata qədər artırılacaq.

“Dövlət büdcəsinin xərclərinin və gəlirlərinin artımı iqtisadiyyata investisiya qoyuluşunu artırmağa, kənd təsərrüfatının inkişafını stimullaşdırmağa, həmçinin müdafiə ölçülərini gücləndirməyə imkan verəcək. Gələn ilin büdcəsi sosial yönümlüdür: büdcə xərclərinin 33,3% və ya 7 milyard manatı sosial tədbirlərin reallaşdırılmasına yönəldiləcək ki, bu da cari il ilə müqayisədə, 2,2% daha çoxdur”, - O.Əsədov belə deyib.

 

 

Bütün xəbərlər