Azərbaycan Baş Prokurorluğu şəhərsalma normalarının pozulmasına dair 21 cinayət işini araşdırır

12:52 - 25.01.2019


25 yanvar, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərsalma normalarının pozulmasının qarşısını almaq üçün tədbirlər görülür.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev bildirib ki, 2018-ci ildə Bakının 8 rayonunun, habelə ölkənin 6 rayonunun icra hakimiyyəti orqanları tərəfindən şəhərsalma qanunvericiliyinin və normativ-hüquqi sənədlərin tələblərinin pozulması faktları aşkar edilmişdir.

“Nöqsanları aradan qaldırmaq məqsədilə  22 “Göstəriş” tərtib olunaraq yerli icra hakimiyyəti orqanlarına təqdim olunmuşdur. 21 fakt üzrə məlumat Baş prokurorluğa təqdim olunmuş, bir hissəsi üzrə cinayət işləri açılmışdır”, - deyə S.Nuriyev bildirib.

 

Bütün xəbərlər