AMB yanvarın 28-də keçiriləcək depozit hərracında 350 milyon AZN cəlb etməyi planlaşdırır

14:32 - 25.01.2019


25 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirəcək.

AMB-in məlumatına görə, depozit hərracı  28 yanvar  tarixində keçiriləcək. Hərrac vasitəsilə 14 gün müddətinə  350 milyon manat məbləğində vəsaitin cəlb edilməsi planlaşdırır. Cəlb olunan vəsaitlər üzrə faiz dəhlizi  7,76%-9,74% səviyəsində müəyyən edilib.

AMB hərracları 2016-cı ilin iyun ayından etibarən keçirir.

 

Bütün xəbərlər