“Azərbaycan Dəmir Yolları” Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına gediş üçün fərqli qiymət təqdim edib

17:42 - 25.01.2019


25 yanvar, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC  (ADY) Bakı-Sumqayıt-Bakı elkertik qatarlarında gediş biletlərinin qiymətinə dəyişiklik edildiyini elan edib.

ADY-nin məlumatında deyilir ki, Bakı-Sumqayıt-Bakı elkertik qatarlarının sərnişinləri kağız və plastik kartlardan istifadə edir.

"Sərnişinlərin turniketlərdən keçərkən kağız biletlərlə  yaranan problemləri (tez köhnəlmə səbəbindən) nəzərə alaraq, həmçinin bilet kassaları və köşklərdəki növbələri tamamilə aradan qaldırmaq və sərnişinləri plastik kartları istifadə etmək üçün cəlb etmək üçün kağız biletlərlə plastik kartların qiymətləri  fərqli olacaq”, - məlumatda belə deyilir.

Məlumatda həmçinin deyilir ki, elektrik qatarların biznes sinifli vaqonlarında gedişə olan tələbin təklifə uyğunlaşdırılması məqsədilə gediş haqqı tənzimlənəcəkdir.

Yeni qiymətlər 28 yanvar tarixindən qüvvəyə minəcək.

 

Bütün xəbərlər