2018-ci ildə Azərbaycanda sığortaçılar 728 milyon manat toplayaraq 240 milyon manat ödəyiblər

11:07 - 28.01.2019


28 yanvar, Fineko/abc.az. 2018-ci ildə Azərbaycanın sığorta şirkətləri 728 milyon manat həcmində sığorta haqları toplayıb, 240,3 milyon manat ödəmişlər.

Maliyyə Bazarlarına Nəzarət Palatası könüllü sığorta növləri üzrə sığorta haqlarının 536,2 milyon manat təşkil etdiyini, 172,5 milyon manat məbləğində ödənişlərin olduğunu bildirdi.

“İcbari sığorta bazarı üzrə haqlar 191,8 mln. manat, ödənişlər isə 67,8 mln. manat olub.

2018-ci il ərzində sektor üzrə məcmu sığorta haqlarının 73,7%-i  könüllü, 26,3%-i isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta  ödənişlərinin isə 71,8%-i könüllü, 28,2%-i  icbari sığorta növləri hesabına formalaşıb”, - məlumatda belə deyilir.

Azərbaycanda 21 sığorta və 1 təkrarsığorta şirkəti fəaliyyət göstərir.

 

Bütün xəbərlər