“Standard & Poor`s” Azərbaycanın kredit reytinqlərini BB+/B səviyyəsində təsdiqlədi

12:12 - 28.01.2019


28 yanvar, Fineko/abc.az. Beynəlxalq reytinq agentliyi “Standard & Poor's” (S&P) Azərbaycanın kredit reytinqini yenidən nəzərdən keçirib.

Agentliyin hesabatına görə, Azərbaycanın xarici və milli valyutalarda uzunmüddətli və qısamüddətli suveren kredit reytinqləri "BB+/B" səviyyəsində təsdiqlənib.

Reytinqlərin  proqnozu dəyişməyib və "sabit" olaraq təsdiqlənir.

“S&P” həmçinin proqnozları açıqladı və 2018-ci ildə zəifləməyə baxmayaraq, fiskal tarazlığın dəyişməz olaraq qalacağını bildirdi. 2019-2022-ci illərdə iqtisadi artım davam edəcək, xarici balansda bir qədər artıqlıq qeyd ediləcək.

 

Bütün xəbərlər