AMB depozit hərracında 350 milyon manat cəlb etdi

12:44 - 28.01.2019


28 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.

AMB-dan verilən məlumata əsasən, 28 yanvar tarixində hərracda Bank 350 milyon manat cəlb edib.

“Depozit hərracında təklif  783,5 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 7,76% təşkil etmişdir”, - AMB-dan  təqdim edilən məlumatda belə deyilir.

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.

Depozit hərraclarını AMB 2016-cı ilin iyun ayından etibarən keçirir.

 

Bütün xəbərlər