"Premium Bank" Mobil və İnternet Bankçılıq xidmətlərinin yenilənmiş versiyasını təqdim etdi

12:18 - 29.01.2019


29 yanvar, Fineko/abc.az. "Premium Bank" yeni texnologiyaları sevən və onlayn əməliyyatlara üstünlük verən müştərilərinin daha böyük rahatlığı üçün hüquqi şəxslər və fərdi sahibkarlar üçün mobil və internet bankçılıq xidmətlərinin yenilənmiş versiyasını təqdim etdi. Yenilənmiş versiya geniş imkanlara malikdir və istifadəsi çox rahatdır. 

 "Premium Internet-Banking"​ banka gəlmədən müxtəlif xidmətlər göstərən geniş siyahılı təchizatçıların ünvanına sərbəst ödənişlər etmək imkanı verən müasir bank xidməti növüdür.  Müştəridən tələb olunan sadəcə heç bir əlavə proqram təminatı quraşdırmadan istənilən kompyuterdən internet şəbəkəsinə girişin əlçatan olmasıdır.

Mobil qurğu istifadəçiləri üçün  isə Premium Mobile Bank tətbiqinin App Store/Play marketdən yüklənilməsi kifayət edir:

Premium internet bankçılıq digər üstünlükləri ilə də fərqlənir, daim genişlənən imkanlar siyahısına malikdir. İnternet-bank xidmətləri müştəriyə aşağıdakı imkanları açır:

  • Geniş informasiya imkanları - hesabların, kreditlərin, depozitlərin, əlaqədar bank xidmətlərinin vəziyyəti barədə məlumatlandırmaq;
  • maliyyə imkanları - geniş ödənişlər, köçürmələr, valyuta mübadiləsi və s. əhatə dairəsi

İnternet bankçılıq bir neçə əhəmiyyətli üstünlüklərə malikdir:

  • vaxta qənaət;
  • hesablara saatbasaat nəzarət edilir;
  • onlayn ödənişlər gecikdirilmədən və hesab sahibinin şəxsi iştirakı olmadan həyata keçirilir;
  • yeni, müasir, istifadəçi üçün rahat interfeys;
  • maliyyə məlumatlarının saxlanması və ötürülməsinin təhlükəsizliyinin təmin edilməsi.

Xidmətlər və əməliyyatlar:

  • Milli valyutada ödənişlər - Azərbaycan Respublikası ərazisində ödənişlər (Büdcə ödənişləri)
  • Xarici valyutada ödənişlər - Ölkədən kənarda olan beynəlxalq ödənişlər
  • Konvertasiya - xarici valyutanın alqı-satqısı
  • Ödəniş şablonlarının yaradılma imkanı
  • YUL (bank kodları, SWIFT, RF bankları, VO kodları) ödənişlərinin yaradılması üçün geniş çeşidli məlumat kitabçaları dəsti
  • Cari müştəri hesabları (balans, statusu, rekvizitlər) haqqında məlumat
  • Hesablardan çıxarışların alınması
  • Müştəri kartları haqqında məlumat
  • Kredit məlumatları
  • Depozit məlumatları
  • Valyuta məzənnələri haqqında məlumat
  • Cari və kart hesablarının idarə edilməsi
  • Avtomatik ödənişlərin yaradılması
  • Təşkilatın səlahiyyətli şəxslərinə (Mühasib, Direktor, Audit və s.) rola görə girişin təmin edilməsi;
  • Elektron imza vasitələrinə inteqrasiya (ASAN İmza)
  • Müxtəlif elektron sənədlər yaratmaq imkanı (kart, kredit, bank zəmanəti və s. üzrə müraciətlər)
  • Veb brauzer vasitəsilə və ya iOS Android əməliyyat sistemləri üçün mobil tətbiq vasitəsilə sistemə giriş
  • Mühasibat proqramına inteqrasiya imkanı
  • Hökumət orqanlarından daxil olan sərəncamların idarə edilməsi

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat əldə etmək üçün www.premiumbank.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/premiumbank.az müraciət edə bilərsiniz.


Bütün xəbərlər