Regionların inkişafı üzrə Dövlət Proqramının icrasının yekunlarına dair konfrans çərçivəsində sahibkarlarla müzakirələr aparılır

14:34 - 29.01.2019


29 yanvar, Fineko/abc.az.  Bakıda keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans işini sahibkarlarla müzakirələrlə davam etdirir. İqtisadiyyat naziri Şahin Mustafayev regionların sosial-iqtisadi inkişafı və sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən danışıb.

Onun sözlərinə görə Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində regionların inkişafına 24,2 milyard manat vəsait ayrılıb. Ölkədə sahibkarlığın dəstəklənməsi, startap, mikro iqtisadi sahələr inkişaf etdirilir. Sadələşdirilmiş vergi 4 faizdən 2 faizə enib.

Sonra kənd təsərrüfatı naziri İnam Kərimov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin çıxışları dinlənilib.

Bütün xəbərlər