2018-cı il ərzində Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzində 11074 müraciət qeydə alınıb

14:52 - 29.01.2019


29 yanvar, Fineko/abc.az.  2018-cı il ərzində  Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzində 11074 müraciət qeydə alınıb. Müraciətlər əsasən nazir İnam Kərimovun respublikanın regionları üzrə ayrı-ayrı rayonlarda keçiriləcək qəbullarda iştirak etmək, kənd təsərrüfatı məhsulların satılmasına köməklik göstərməsi, Dövlət Aqrar Ticarət  Şirkəti tərəfindən təşkil edilən yarmarkada iştirak etmək və “Kənddən şəhərə” layihəsi ilə əməkdaşlıq etmək, arı ailələrinə görə subsidiyaların verilməsi, güzəştli kreditlərin verilməsi, yeni texnika alınması, pambıq yığımının başa çatdırılması, daşınması və təhvil verilmiş pambığa görə ödənişlərin verilməsi, taxılçılıq təsərrüfatlarının kombaynlarla təmin olunması və digər məsələlərlə bağlı olub.

Bütün xəbərlər