Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət proseduru sadələşdirildi

16:40 - 29.01.2019


29 yanvar, Fineko/abc.az. Nazirlikdən verilən məlumata görə, torpağa mülkiyyət hüququna dair çıxarışı olmayanlar da bu gündən etibarən ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edə bilərlər. Ünvanlı dövlət sosial yardımı üçün müraciət zamanı elektron sistem Dövlət Aktı üzrə sığortaedənin uçot nömrəsinə dair informasiya sistemindən avtomatik olaraq torpağın mülkiyyətçisi və payçıları haqqında məlumatı əldə edəcək.

Qeyd edək ki, indiyədək torpağa dair çıxarışı olmadığına görə, xüsusən regionlarda ayrı-ayrı aztəminatlı ailələr ünvanlı dövlət sosial yardımı üçün müraciət edə bilmir və nəticədə sosial yardım proqramından kənarda qalırdılar.

Bütün xəbərlər