Maliyyə Nazirliyi istiqrazlarının yerləşdirilməsini tam keçirməyib

17:28 - 29.01.2019


29 yanvar, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət ortamüddətli istiqrazların (DOİ) satışını həyata keçirib. 

BFB-in məlumatına əsasən, 29 yanvar tarixində AZ0106001750 ISIN-li, 15 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 4 investor tərəfindən qiymət intervalı 98.1645  AZN (10.0356 %) və 100.0774  AZN (8.9568 %) olan 5 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000  AZN (9.0000%), orta ölçülmüş qiyməti 100.0067 AZN (8.9962%) müəyyən edilmişdir. Sifarişlərin yerləşdirilmiş həcmi isə 11,549,200.00 AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  25.01.2022-ci il.

 

Bütün xəbərlər