İlham Əliyev: Qazlaşdırma prosesi davam etdiriləcək

15:16 - 30.01.2019


30 yanvar, Fineko/abc.az.  Prezident İlham Əliyev konfransda cıxışı zamanı qeyd edib ki :

"Ölkədə qazlaşdırmanın səviyyəsi 95 faizdir. Ancaq əlbəttə, o demək deyil ki, bu, bizi qane edir. Elə kəndlər var ki, oraya hələ də qaz çəkilməyib. Ona görə bu proses davam etdiriləcək. Baxmayaraq ki, dünya miqyasında bu qədər qazlaşdırma aparan ölkələr o qədər də çox deyil. Yəni, biz son illər ərzində qazlaşdırma ilə bağlı əsas problemləri həll etdik. Əsas məsələ indi bu prosesi davam etdirmək və qazın keyfiyyətini artırmaqdır. Bəzi hallarda fasilələr baş verir, bəzi hallarda qaz lazımi həcmdə gəlmir. Bu məsələ daim diqqət mərkəzində olmalıdır ki, burada heç bir çatışmazlıq olmasın".

Bütün xəbərlər