Paytaxtda 31 saylı marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyası dəyişildi

16:05 - 21.11.2017


21 noyabr, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) 31 saylı marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasına dəyişiklik etdi.

 

BNA-dən verilən məlumata əsasən, artıq avtobuslar Abbasqulu Abbaszadə və İzzət Nəbiyev küçələrindən də keçəcək.

 

“Dəyişikliklərin səbəbi, qeyd edilən ünvanlarda yaşayan sakinlərin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri olub. Belə ki, məskunlaşma yerlərinin olmasına baxmayaraq, qeyd edilən küçələrdən hər hansı bir marşrut xətti keçmirdi”, - məlumatda belə bildirilir.

 

Həmçinin qeyd edilir ki, irəlidəki 10 gün ərzində 31 saylı marşrut xətti üzrə avtobusların yenilənmiş sxem üzrə hərəkəti test ediləcək.

 

31 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib

 

Bütün xəbərlər