“Azəristiliktəchizat” ASC “ASAN ödəniş” sisteminə inteqrasiya edilib

16:14 - 30.01.2019


30 yanvar, Fineko/abc.az. Verilən xəbərə görə “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) üzrə ödənişlərin “ASAN ödəniş” sisteminə inteqrasiyası uğurla başa çatdırılıb. Artıq yanvarın 24-dən etibarən vətəndaşlar həmin qurum üzrə ödənişlərini www.e-gov.azwww.asanpay.az  portalı və ya “ASAN ödəniş” sisteminə qoşulmuş bütün ödəniş portalları və 10 mindən artıq ödəniş terminalları vasitəsilə həyata keçirməyə başlayıblar. Bununla da vətəndaşlar “Azəristiliktəchizat” ASC üzrə isti su təchizatına və istilik təchizatına görə ödənişlərini “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirə bilirlər.

Bütün xəbərlər