Dövlət məvacibinin artırılması sisteminin qurulması üçün təkliflər hazırlanacaq

30.01.2019,16:00


30 yanvar, Fineko/abc.az.Yeni sistem “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” üzrə qurulacaq. Məqsəd dövlət qulluqçularının səmərəli və uzunmüddətli fəaliyyətinin stimullaşdırılması, onlar arasında sağlam rəqabətin formalaşdırılması, dövlət qulluğunun qeyri-dövlət sektoru ilə rəqabət qabiliyyətinin artırılmasıdır. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələrindən asılı olaraq, pilləli şəkildə dövlət məvacibinin artırılması sisteminin qurulması üçün təkliflər hazırlanacaq.

Strategiyada Azərbaycan Respublikası Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət İmtahan Mərkəzi normativ hüquqi aktların hazırlanması üzrə icraçı orqanlar kimi müəyyən olunub.