İlham Əliyev: Badam və qoz emalı fabriklərinin tikintisi mütləq nəzərdə tutulmalıdır

17:25 - 30.01.2019


30 yanvar, Fineko/abc.az. Prezident İlham Əliyev konfransda cıxışı zamanı bildirib ki, son vaxtlar fındıqçılığa çox böyük diqqət yetirilir. 2016-cı ildə bizim 40 min hektar fındıq bağlarımız olub, bu gün artıq 75 min hektara çatıb və bu il 9 min hektar da əkiləcək. Beləliklə, biz 84 min hektarda fındıq yetişdirəcəyik və fındıq ixracının həcmi iki dəfədən çox artacaq və fermerlərə indikindən iki dəfə çox vəsait gələcək. Hazırda fındıqçılıqda 20 min nəfər işləyir.

Daha sonra  Prezident qeyd edib ki, Azərbaycanda badam və qoz emalı fabriklərinin tikintisi mütləq nəzərdə tutulmalıdır. Eyni zamanda, xüsusilə Bakı, Abşeron və digər bölgələr üçün ənənəvi olan zeytunçuluğun inkişafı da sürətlə gedir. Yeni zeytun bağlarının salınması geniş vüsət almışdır”.

Bütün xəbərlər