AMB 300 milyon manat həcmində qısamüddətli notlar yerləşdirdi

17:54 - 30.01.2019


30 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

BFB-in məlumatında deyilir ki, 30 yanvar tarixində AMB 50100573S dövlət nömrəli, 300 milyon manat həcmində, 28 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.

14 investordan 660 080,5 min manat məbləğində 27 sifariş daxil olmuşdur. İnvestorlar qısamüddətli  notlar üçün 99,4004 manat (gəlirlilik 7,76%) təklif etmişlər.

Mərkəzi Bankın qərarına əsasən,  kəsmə qiyməti 99,4004 manat (gəlirlilik 7,76%), orta ölçülmüş qiymət də həmin səviyyədə müəyyən edilmişdir. Nəticədə 300 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.

Notların ödəmə tarixi: 27 fevral  2019-cu il.

 

Bütün xəbərlər