Neft qiymətlərinin yüksəlməsi davam edir

10:33 - 31.01.2019


31 yanvar, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,94 dollar (1,49%) yüksəlib.

Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,83 dollar təşkil edir.

30 yanvar tarixində  Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətdə, “WTI” markalı neftin mart ayının fyuçers qiyməti  0,92 dollar (1,73%) qalxaraq  bir barelə 54,23 dollar təşkil etmişdir. 

 “ICE” birjasında çərşənbə günü keçirilən ticarətin nəticəsində  “Brent” markalı neftin mart ayının fyuçers qiyməti  0,33 dollar (0,54%) artaraq bir barelə 61,65 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi  bu gün 7,42 dollara bərabərdir.

 

Bütün xəbərlər