Azərbaycan-Koreya komissiyasının növbəti iclası 2018-ci ilin ikinci yarısında keçiriləcək

17:22 - 21.11.2017


21 noyabr, Fineko/abc.az. Azərbaycan Respublikası və Koreya Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən, nazir müavini Xələf Xələfov Koreyanın siyasi məsələlər üzrə xarici işlər nazirinin müavini Yun Sun-Qu ilə görüşüb.

“İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə  müvəffəqiyyətlə inkişaf edir. Bu əmədkaşlığın səviyyəsinin artırılması üçün ikitərəfli səfərlərin yüksək səviyyədə keçirilməsinin əhəmiyyəti vurğulanır.

Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə komissiyanın növbəti iclasının Azərbaycanda 2018 ilin iyul-oktyabr aylarında keçirilməsi təklif edilmişdir”, - nazirlikdən verilən məlumatda belə deyilir.

Nazir müavini Xələf Xələfov ölkədə ciddi iqtisadi islahatlar çərçivəsində Azərbaycan iqtisadiyyatının əsas sahələrində investisiya layihələrində Koreya şirkətlərinin iştirakının əhəmiyyətini vurğuladı.

 

Bütün xəbərlər