Avropada sürmə üçün ən təhlükəli ölkələr açıqlandı

12:04 - 31.01.2019


31 yanvar, Fineko/abc.az. Ekspertlər, Avropada YNH-in  ən yüksək və ən aşağı ehtimalı olan ölkələrin adlarını açıqladılar.

Avropa Komissiyasının qəzalarla bağlı hesabatına görə, Avstriyada 10 min adam başına 44 YNH, Danimarkada isə 5 YNH yaşanır.

Yüksək qəza ehtimalı Almaniya və Belçikada qeyd edilir: müvafiq olaraq, 37 və 35 qəza təşkil edir. Malta, İtaliya, Sloveniya və Portuqaliyada 10 min adam başına düşən qəza sayı təxminən 30-dur. İngiltərədə bu rəqəm 22-yə bərabərdir.

Danimarka istisna olmaqla, yol baxımından ən təhlükəsiz ölkələr Finlandiya və Kiprdir –10 min adam başına müvafiq olaraq 8,5 və 7,5 qəza təşkil edir.

Mütəxəssislər, yol hərəkəti qaydalarını hərtərəfli öyrənmək və həmişə hava və yol şəraitini nəzərə almağı məsləhət görür. Bu, yolda qəzaların qarşısını almağa kömək edəcək.

 

Bütün xəbərlər