Azərbaycanda saxta yolla hazırlanmış spirtli içkilər bahalı şüşələrə doldurularaq yüksək qiymətə satılır

31.01.2019,16:40


31 yanvar, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) iaşə obyektlərində istehlakçı hüquqlarının pozulması barədə məlumat verib.

AQTA-nın sədri Qoşqar Təhməzli bildirib ki, iaşə sənayesində iştirak edən sahibkarlar daha diqqətli olmalıdırlar.

“Yoxlamalar zamanı əldəqayırma spirtli içkilər bahalı şüşələrə doldurularaq istehlakçı şirkətlərə yüksək qiymətlə satılmışdır. İaşə  müəssisələrində satılan bu içkilər insanların sağlamlığına zərər vurur”, - deyə Q. Təhməzli bildirib.

 

Açar sözlər: AQTA