330x110
 

Bakı Metropoliteni 2019-cu ildə öz vaqon parkını “Metrovaqonmaş”dan altı qatarla təmin edəcək

01.02.2019,10:19


1 fevral, Fineko/abc.az.  “Transmaşholdinq” SC-in tərkibindəki “Metrovaqonmaş” SC və “Bakı Metropoliteni” QSC  81-765.Б/766.Б tipli 30 vaqonun tədarükü ilə bağlı müqavilə bağlayıblar.

“Metrovaqonmaş”ın məlumatında deyilir ki, müqaviləni "Metrovaqonmaş" Səhmdar Cəmiyyətinin direktoru Boris Boqatıryov və "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov imzalayıblar.

“Müqaviləyə əsasən, 2019-cu ilin sonunadək Bakı metropoliteni üçün 6 qatar qurulacaq. Hər qatarda idarəetmə kabinəsi və iki baş vaqon və üç aralıq mühərrikli vaqon olacaq. Bakıya yeni vaqonların ilk tədarükü bu ilin ikinci rübündə planlaşdırılır”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, Bakının yeraltı nəqliyyatı, Mıtişşi zavodunda 2017-ci ildən buraxılan yeni vaqonlarla təmin ediləcək. Əvvəlki nümunələri ilə müqayisədə indiki vaqonların qapıları daha enlidir, 81-765.Б/766.Б modelli vaqonların qapılarının açılıb bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib. Vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyasına, kondisioner, ventilyasiya sisteminə, sərnişinlərin elektron qurğularının doldurulması üçün rozetkalara malikdir. Baş vaqonlarda əlil arabacıqları üçün yerlər ayrılıb. Orjinal qrafikalı işıq sxemi yerli informasiya sisteminə uyğunlaşdırılıb.

“Metrovaqonmaş” Səhmdar Cəmiyyətini 1967-ci ildən Bakı metropolitenini qatarla təmin edir. Bakı metrosunda hal-hazırda 286 vaqon fəaliyyət göstərir. 2015-ci ildə “Transmaşholdinq” şirkəti Bakı metropoliteninə vaqondan-vaqona birbaşa keçid imkanı olan 81-760.Б/761.Б/763.Б tipli 3 beşvaqonlu qatar verib. 2018-ci ildə metropolitenin vaqon parkı şirkətin 81-765/766 tipli iki beşvaqonlu qatar hesabına genişlənib.