“Formula 1” 2019-cu ildə Azərbaycana 60 milyon dollara başa gələcək

12:36 - 1.02.2019


1 fevral, Fineko/abc.az. Çərşənbə  axşamı Londonda, çempionatın 21 yarışından 16-nın təşkilatçısını birləşdirən  “Formula 1” yarışının promouterləri Assosiasiyasının iştirakçılarının görüşü olub (FOPA-ya, Rusiya, Monako, Bəhreyn, Əbu-Dabi və Yaponiyadan Grand Prix iştirakçılarını daxil deyildir).

“Коммерсантъ” qəzetinin verdiyi məlumata görə, iclas zamanı tərəflər, FOPA-nın rəhbəri Stüart Prinqin daha öncə seriayanın sahibi, Amerikanın "Liberty Media" şirkətinin səhlənkar adlandırdığı hərəkətlərinə dair narahatlığını bir daha təsdiqləyiblər. O, həmçinin bir şey dəyişməsə, Formula 1 yarışlarının ikinci dərəcəli avtodromda keçirilməsi lazım olduğunu xəbərdar etmişdi.

“Biz, Formula 1-in inkişaf etdiyi istiqamətdən narahatlıq duyuruq və buna görə ümumi mövqeyimizi bəyan etmək məcburiyyətindəyik. İndi məndə belə bir təəssürat yaranıb ki, bizi eşidə bilərlər”, - FOPA görüşündən sonra cənab Prinql bunu bildirib.

FOPA-nın Liberty Media-ya qarşı iddialarının mahiyyəti, həmişəki kimi, pulla bağlıdır. Yarışın təşkilatçıları promouter müqavilələrinin şərtlərini yenidən nəzərdən keçirmək istəyirlər. Həmin şərtlərə əsasən, onlar hər il mərhələlərin təşkil olunması hüququna görə ödəniş edirlər. Axı, əksər hallarda  Liberty Media-ya ödəməli olduğqları məbləğlər, mərhələlərin keçirilməsini iqtisadi cəhətdən məqsədyönsüz hala gətirir.

Promouter müqavilələrinin dəqiq dəyəri açıqlanmır. Heç bir tarif qaydası da yoxdur: qiymət mərhələdən mərhələdən çox dəyişir. Məsələn, İtaliya Qran Prisinin keçirilməsi hüququ üçün, 2019-cu ildə onun promouterləri 24 milyon dollar ödəyəcək, lakin Azərbaycandakı yarış təxminən 60 milyon dollar dəyərində olacaq, eyni zamanda Berni Ekklstoun (2017-ci ilə qədər Formula-1-ə məhz o, rəhbərlik etmişdir) tərəfindən  daxil edilən qaydalara əsasən, hər növbəti mərhələ əvvəlkinə nisbətən 5-10% bahadır. Rusiyaya gəldikdə, qeyri-rəsmi məlumatlara görə, Soçidə yarış keçirilməsi  onun üçün təxminən 45 milyon dollara başa gələcək. Bu, qeyri-rəsmi məlumatlara əsasən, 30,7 milyon dollar təşkil  edən orta göstəricidən xeyli yüksəkdir. Lakin məhz, Rusiya tərəfinin Liberty Media-ya qarşı heç bir iddiası yoxdur. “Rosqonki” muxtar qeyri-kommersiya təşkilatının baş direktor müavini Sergey Vorobyov, FOPA-nın yanaşmasını qeyri-konstruktiv adlandırdı və ortaya çıxan bütün məsələlərin iş qaydasında ilə seriyanın sahibləri ilə həll edilə biləcəyini qeyd etdi.

Ancaq digər mərhələlərin təşkilatçıları bu cür mehribancasına yanaşmır  və  ən azından,  Liberty Media ilə müqaviləni uzatmamağa hazırlaşırlar. Lakin 2019-cu ildə İtaliya, İspaniya, Meksika, Almaniya və Böyük Britaniyanın Qran Prilərin keçirilməsi ilə bağlı müqavilələr sona çatır. Onların təşkilatçıları yalnız promouter müqavilələrinin xeyli ucuzlaşması şərti ilə əməkdaşlığı davam etdirməyə razıdırlar. Xüsusən, İtaliya mərhələsinin təşkilatçıları hər il müqavilənin qiymətini artırmasının  ləğv edilməsi şərti ilə,  ildə 15 milyon ABŞ dollarından çox olmayan bir məbləğ ödəmək istərdilər.

FOPA üzvləri həmçinin şəffaf və ayrı-seçkiliksiz qiymət yaranma tərəfdarlarıdır. Son tələb, Liberty Media-nın, Mayamidə mərhələlərdən birini keçirməyin planlaşdırması haqqında məlumatlar fonunda xüsusilə aktual səslənir (kurort şəhərindəki küçə yarışının Monako Qran Prisinin Şimali Amerika analoqunun olacağı ehtimal edilir), lakin eyni zamanda, təşkilatçılarından ödəniş almağa hazır deyil. Məcburi ödəniş əvəzinə, Liberty Media və yerli təşkilatçılar arasındakı yarışlardan gəlirlərin paylanmasını nəzərdə tutan bir sxem təklif olunur.

Qeyd edək ki, Liberty Media-da yalnız promouterlərlə bağlı çətinlilər yaranmır. Komandalar ilə Dünya çempionatının  əsas aspektlərini tənzimləyən "Razılaşma haqqında" (2020-ci ilədək başa çatan) yeni müqavilə üzrə danışıqlar asan keçmir. Əsas ziddiyyətlərdən biri, Liberty Media-nın israr etdiyi ödəniş həddinə aiddir. 2020-ci ildə 185 milyon dollardan, sonra isə 2022-ci ildə həddi 135 milyon dollara endirmək planlaşdırılır. Adaxanalar belə bir məhdudiyyətə qarşı deyil, lakin tavanın sərt olmaması və onun təsirinə, məsələn, yarışçıların, top menecerlərin məvaciblərinin, mühərriklərin xərclərinin və s. məruz qalmaması şərti  vacibdir. Ancaq belə bir yanaşma Liberty Media-nın təşəbbüsünün mənasını faktiki olaraq  məhrum edir. Ancaq Ferrari kimi qabaqcıl komandalar, hətta çempionluğu tərk etməklə təhdid edərək israr edirlər.

 

Bütün xəbərlər