Elman Rüstəmov: 2019-cu ildə Azərbaycanda devalvasiya gözləməyə dəyməz

13:05 - 1.02.2019


1 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) 2019-cu ildə manatın məzənnəsi ilə bağlı vəziyyətə münasibət bildirib.

Mərkəzi Bankın sədri Elman Rüstəmov ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, növbəti devalvasiyanın proqnozlaşdırılmasına heç bir əsas yoxdur.

“Qeyd edilməlidir ki, 2018-ci ildə makroiqtisadi vəziyyətinə analoji olaraq, 2019-cu ildə Azərbaycanda makroiqtisadi sabit vəziyyət təmin edilmişdir. Azərbaycan milli valyutanın sabitliyini təmin etmək üçün kifayət qədər vəsait və ehtiyatlara malikdir. 2019-cu ildə Azərbaycan Dövlət Neft Fondundan 6,8 milyard dollar səviyyəsində transfertlər gözlənilir”, - deyə E. Rüstəmov bildirib.

Onun sözlərinə görə, görülən tədbirlər, xüsusilə də yeni büdcə qaydalarının tətbiqi, məzənnənin dayanıqlılığının təmin edilməsi və s. nəticəsində neft qiymətlərinin dəyişkənliyinin məzənnəyə təsiri orta müddətdli perspektivdə tamamilə neytrallaşdırılıb.

 

Bütün xəbərlər