Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 0,5% azaldıb

13:08 - 1.02.2019


1 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini növbəti dəfə endirdi.

Bankın idarə heyətinin sədri Elman Rüstəmov bildirib ki, bankın idarə heyətinin qərarına əsasən, uçot dərəcəsi 9,75%-dən 9,25%-ə endirilib.

Azərbaycan Mərkəzi Bankı fevralın 12-də 15%-dən 13%-ə endirdi. 9 aprel tarixində dərəcə ikinci dəfə 13%-dən 11%-dək endirilib. Bankın 14 iyun tarixli qərarı ilə uçot dərəcəsi 11%-dən 10%-ə endirildi. Avqustun 1-də bank uçot dərəcəsini 10% səviyyəsində saxlamağa qərar verdi. Oktyabrın 30-da uçot  dərəcəsini 10%-dən 9,75%-ə endirilmişdir.

Sonuncu  dəfə 2018-ci ilin dekabrın 26-da, heyət, uçot dərəcəsini 9,75% səviyyəsində saxlamaq qərarına gəldi.

 

Bütün xəbərlər