Manat dövriyyəsində 200 manatlıq əskinazların payı 5%-ə çatıb

13:09 - 1.02.2019


1 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) 200 manatlıq əskinazların  dövriyyəsinin artmasını qeyd edib.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, 2018-ci ilin sonunadək 200 manatlıq əskinazların dövriyyəsi 4% olub, yanvar ayında isə bu göstərici 5%-ə çatıb.

“Ümumilikdə 2 milyon ədəd 200 manatlıq əskinazlar dövriyyəyə buraxılmış və onların dövriyyəsi artmaqdadır”, - deyə E.Rüstəmov bildirib.

 

Bütün xəbərlər