2018-ci ildə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının idarə olunmasından əldə etdiyi gəlirlər 115 milyon dollar təşkil edib

15:47 - 1.02.2019


1 fevral, Fineko/abc.az. 2018-ci ildə Azərbaycanın valyuta bazarı tam balanslaşdırılmışdır.

Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, ötən il bankın valyuta ehtiyatlarının idarə olunmasından əldə etdiyi gəlirlər 115 milyon dollar təşkil edib.

“2018-ci ildə valyuta ehtiyatları təxminən 300 milyon dollara qədər artmışdır, o cümlədən valyuta ehtiyatlarının idarə edilməsindən 115 milyon dollar, böhran dövründə banklara verilmiş swap əməliyyatları nəticəsində geri qaytarılma hesabına 1/3 əldə edilmiş, digərləri beynəlxalq maliyyə institutları ilə aparılan  əməliyyatlar üzrə likvidliyin təmin edilməsindən əldə edilmişdir”, - deyə E. Rüstəmov bildirib.

 

Bütün xəbərlər