“Azərkosmos”un telekommunikasiya xidmətlərinin satışından əldə etdiyi gəliri 25 milyon dolları ötdü

15:56 - 1.02.2019


1 fevral, Fineko/abc.az. 2018-ci ildə “Azərkosmos”un xidmətləri 24 ölkəyə ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, "Azərkosmos" ASC-nin 2018-ci ildə iki peykin kommersiya istismarından əldə etdiyi gəlir 25,6 milyon dollar təşkil edib.

ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizini təşkil edib.

2018-ci ilin dekabr ayında “Azərkosmos” ASC dünyanın 16 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyəri xidmət ixrac edib. 2017-ci illə müqayisədə 2018-ci ildə “Azərkosmos” ASC-nin xidmət ixracı 12 faiz artıb.

“Azərkosmos” ASC-nin 2018-ci il ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malaziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir.

 

Bütün xəbərlər