2018-ci ildə əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 1,2 milyard manat məbləğində alış-veriş ediblər

16:21 - 1.02.2019


1 fevral, Fineko/abc.az. 2018-ci ildə Azərbaycanda yaşayan əcnəbilər plastik kartlar vasitəsilə 1278,4 milyon manat xərcləyib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, 2017-ci ildə bu göstərici 256 milyon manat və ya 25% artıb.

“Dekabr ayında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bank kartları vasitəsilə 82,9 milyon manat məbləğində əməliyyatlar həyata keçirmişlər ki, bu da 2017-ci ilin göstəricisindən 6% çoxdur”, - məlumatda belə deyilir.

2018-ci ildə Azərbaycana dünyanın 196 ölkəsindən  2 849,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 30,9%-i Rusiya,  21,4%  Gürcüstan, 10,2% Türkiyə, 8,5% İran, 3,3% BƏƏ,  2,6% Səudiyyə Ərəbistanı, 2,4% İraq, 2% Ukrayna, 1,4% İsrail vətəndaşları, 17,2% digər ölkələrin vətəndaşları və 0,1% vətəndaşlığı olmayan şəxslər təşkil edib.

 

Bütün xəbərlər