Azərbaycanda Rusiyadan iki regionundan quş və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulub

17:01 - 1.02.2019


1 fevral, Fineko/abc.az. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Krasnodar diyarında Nyukasl xəstəliyi və Xabarovsk diyarının ərazisində dabaq xəstəliyinin yayılması müəyyən edilmişdir.

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata əsasən, Azərbaycan Rusiyanın bəzi ərazilərindən heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyub.

“Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Krasnodar diyarının ərazisində Nyukasl xəstəliyi və Xabarovsk diyarının ərazisində dabaq xəstəliyinin yayılması müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, Rusiya Federasiyasının Krasnodar diyarının ərazisindən diri quş və quşçuluq məhsullarının, Xabarovsk diyarından isə heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb”, - məlumatda belə deyilir. 

Agentlik tərəfindən Rusiya Federasiyasının Krasnodar və Xabarovsk diyarlarından birbaşa və ya qeyd edilən ərazilərdən tranzit olaraq keçməklə respublikaya gələn nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunmuşdur.

 

Bütün xəbərlər